Trampın qızı məhkəməyə verildi – FOTO

25-09-2017, 09:54           
Trampın qızı məhkəməyə verildi – FOTO
ABŞ prezidenti Donald Trampın qızı İvankaya aid olan ayaqqabı kolleksiyasından qırmızı hündürdaban ayaqqabı mağazalardan yığışdırılıb. Buna səbəb dizayner Edqardo Ozarionun İvankanı oğurluqda günahlandırmasıdır. Belə ki, onun kolleksiyasına aid olan ayaqqabının sadəcə rəngini qırmızıya dəyişdirərək, İvankanın adından satışa çıxarılıb.
Aquazzura brendinin direktoruna aid 785 dollarlıq ayaqqabı ilə, İvankanın 65 dollarlıq ayaqqabısı eynidir. Bu səbəbdən, dizayner İvankadan ayaqqabını kolleksiyadan çıxarmağı və kompensasiya ödəməyi tələb edib. Lakin, İvankanın nümayəndələri bundan imtina ediblər. Ozario isə Manhetten federal məhkəməsinə müraciət edib. (aznews.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru