ABŞ-da polis tərəfindən cərimələnən satıcı üçün 70 min dollar toplandı – VİDEO

25-09-2017, 10:37           
ABŞ-da polis tərəfindən cərimələnən satıcı üçün 70 min dollar toplandı – VİDEO
Hadisə Kaliforniya ştatında baş verib.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, stadionun yaxınlığında icazəsiz hot-doq satan Beto adlı şəxs polis əməkdaşı tərəfindən cərimələnib. O, satıcının portmanatını götürərək, qazandığı 60 dolları da əlindən alıb. Orada olan digər satıcılara isə şifahi xəbərdarlıq edilib.

Bu vaxt ailəsi ilə orada olan Martin Flores adlı yerli sakin baş verənlərdən hiddətlənərək, polisin hərəkətinin qanunsuz olduğunu bildirib.

O, cərimələnən satıcıya yardım etmək üçün dəstək kampaniyası başladıb və bir neçə gün ərzində 70 min dollar toplayıb. Polis əməkdaşının vəzifədən kənarlaşdırılmasına isə 34 mindən çox insan imza atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru