Rəsmi Bağdad İraq Kürdüstanı ilə referendumun nəticələrini müzakirə etməyəcək

26-09-2017, 08:46           
Rəsmi Bağdad İraq Kürdüstanı ilə referendumun nəticələrini müzakirə etməyəcək
Rəsmi Bağdad İraq Kürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”, deyə baş nazir bildirib. Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda 3 305 925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru