Ukraynada hərbi sursat anbarında partlayış olub 27-09-2017, 09:13 Ukraynanın Vinnitsa vilayəti yaxınlığında yerləşən hərbi sursat anbarında partlayış olub.Trend-in məlumatına görə, Kalinovka şəhərinin və ətraf kəndlərin sakinləri təxliyə edilib.Həmçinin hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 kilometr radiusunda tam bağlanıb. Facebook-da paylaş