Suriya ərazisində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus vertolyot vurulub. "Report" xəbər verir ki, bu barədə qondarma Suriya Azad Ordusuna aid olan "Ceyş-əl-İzza" qruplaşmasının yaraqlıları məlumat yayıblar. İddiaya görə, vertolyot Hama əyalətinin şimalında Amerika istehsalı olan "Tow" tank əleyhinə raket kompleksi ilə vurulub. Məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.