Amerika gələn il təqribən 45 min qaçqın qəbul edəcək
27-09-2017, 09:19
ABŞ-ın Prezident Administrasiyası gələn maliyyə ilində qaçqın qəbulu kvotasını azaltmağı planlaşdırır. "Report" TASS-a istinadən xəbər verir ki, qaçqın sayı 45 min nəfər təşkil edəcək ki, bu da 2017-ci maliyyə ilindəkinə nisbətdə 5 min nəfər azdır. 45 min kvotasını Dövlət Departamenti təklif edib. KİV-in məlumatına görə, Tramp məhz bu variantı dəstəkləyir.