Yaponiyanın şərq sahillərində 5,9 maqnituda zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Xatinoxe şəhərindən 77 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 32,4 km dərinliyində qeydə alınıb.