Kolumbiyada ən iri quldur dəstəsinin 30-a yaxın üzvü saxlanılıb

27-09-2017, 09:35           
Kolumbiyada ən iri quldur dəstəsinin 30-a yaxın üzvü saxlanılıb
Kolumbiyada ölkənin ən iri quldur dəstəsi olan "Körfəz klanı"nın 28 üzvü saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Xuan Manuel Santos öz "Twitter" səhifəsində məlumat verib.
"Ölkə polisini "Körfəz klanı"na qarşı aparılan "Odissey" əməliyyətının nəticəsi ilə bağlı təbrik edirəm. 28 saxlanılma. Biz cinayətkarlıqla mübarizədə irəli gedirik", - deyə o yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.