Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanmağa başlayıb
27-09-2017, 09:38
aponiyada "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin uçuş zamanı mühərriki yanıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK nəşri yazıb. İlkin məlumata görə, insident Haneda hava limanında baş verib. Qeyd olunur ki, nəticədə heç kim zərər çəkməyib. Hadisənin səbəbləri dəqiqləşdirilir.