Əfqanıstanda səhvən endirilən hava zərbəsi nəticəsində ölən və yaralananlar var

28-09-2017, 08:54           
Əfqanıstanda səhvən endirilən hava zərbəsi nəticəsində ölən və yaralananlar var
ABŞ aviasiyasının Əfqanıstanda səhvən endirdiyi hava zərbəsi nəticəsində ölən və yaralananlar var.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, insident Pentaqon rəhbəri Ceyms Mettisin Əfqanıstana səfəri zamanı baş verib.

Əfqanıstanın paytaxtı Kabil hava limanının ərazisi raket atəşinə məruz qalıb. Aeroport ərazisinə 30-dək mərmi düşüb. Bundan sonra ABŞ aviasiyası silahlıların mövqeyinə hava zərbəsi endirib. Mərmilərdən biri səhvən mülki şəxslərin olduğu əraziyə düşüb. NATO-nun Əfqanıstandakı missiyası faktı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın paytaxtı Kabildə hava limanı ərazisinin raket atəşinə tutulduğu, nəticədə 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru