İnanılmaz: Ay və Marsda yaşamaq mümkün olacaq

28-09-2017, 09:27           


Alimlər Ay və Marsın səthində insanların məskunlaşması üçün ideal imkanlara malik bölgənin olduğunu aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə "Eroplanet" informasiya yayıb.

Alimlər kosmik relyef formalarını təhlil edərək belə qənaətə gəliblər ki, Mars və Ayın səthindəki lava boruları, mağaralar insanların yaşaması üçün əlverişli şəraitə malikdir. Mağaralar, lava boruları isə insanları kosmik radiasiya və mikrometoritlərin axınlarından qoruya bilər.

Lava boruları lavaların qeyri-bərabər soyuması nəticəsində ortaya çıxan kanallardır. Lavanın səthi tez soyuyaraq monolit hala gəlir. Bu zaman yaranan qatı qabıq maye şəklində olan lavanın davamlı olaraq axmasını təmin edir və tunel yaradır.

Ekspertlər hesab edir ki, belə tunellərin uzunluğu 65 kilometrə çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru