Uşaq qidalarına zəhər qatılır – Dəhşətli cinayət

28-09-2017, 20:40           
Uşaq qidalarına zəhər qatılır – Dəhşətli cinayət
Almaniyada hazır uşaq qidalarının tərkibinə zəhər qatılıb.

Bakipost.az Medicina.az-a istinadən xəbər verir ki, bu, marketlərdə satılan fərqli firmaların istehsal etdiyi qidaların üzərində aparılan araşdırma nəticəsində bəlli olub. Sosial şəbəkələrdə və Almaniya mətbuatında yayılan xəbərlərə görə, aşkar olunan zəhər, uşaqlarda ölüm riski yaradacaq qədər güclü kimyəvi tərkibə malik olub.
O da məlum olub ki, bu işi mütəşəkkil dəstə həyat keçirib. Hətta bu işin ticarəti ilə məşğul olan şəxslər gizli olaraq mağaza sahiblərinə təhdidedici məktublar göndərərək, onlara 10 milyon avro ödəmədikləri təqdirdə bu prosesi davam etdirəcəklərini bildiriblər.

Polis tərəfindən araşdırma işlərinə başlanılıb. Sözügedən marketlərdən isə həmin qidalar götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru