Qatil ona 45 dəfə atəş açıb İslamazeri.az Pakistan mediasına istinadən xəbər verir ki, Pakistanda ABŞ səfirliyində işləyən bir nəfər evində hücuma məruz qalaraq öldürülüb. Naməlum şəxslər tərəfindən öldürülən şəxsin adının İqbal Baiq olduğu və ABŞ Narkotiklərlə Mübarizə Agentliyində çalışdığı bildirilib. Ölkə polisinin sözlərinə görə, Baiq iyulun 26-da evində vurularaq öldürülüb. Qatil ona 45 dəfə atəş açıb. İqbal Baiqin şiələrin bir qolu olan ismaililər camaatının üzvü olduğu deyilib.