Tailandın keçmiş baş naziri Böyük Britaniyadan siyasi sığınacaq istəyib

29-09-2017, 14:35           

Tailandın keçmiş baş naziri Yinqlak Çinavat siyasi sığınacaq üçün Böyük Britaniyaya müraciət edib.

TASS xəbər verir ki, bu haqda sabiq baş nazirin əvvəl rəhbərlik etdiyi partiyadan məlumat verilib.

Qeyd edək ki, Tailand Ali Məhkəməsi sabiq baş nazir Yinqlak Çinavatı kənd təsərrüfatı istehsalçılarından düyünün girov alışı üzrə dövlət proqramının reallaşdırılması zamanı səhlənkarlıqda təqsirli bilərək, sentyabrın 27-də onun beş il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Hazırda onun Dubayda olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru