Çin Avropanın ən iri mülkiyyətçisi oldu

30-09-2017, 20:30           
Çin Avropanın ən iri mülkiyyətçisi oldu
Çin 2010-2016-cı illərdə Avropa İttifaqı ölkələrinə 100 mlrd. avro (118 mlrd. ABŞ dolları) həcmində birbaşa sərmayə qoyaraq ən iri xarici mülkiyyətçiyə çevrilib.

TEREF.İNFO report.az-a istinadən bildirir ki, bu məlumat Berlində yerləşən Çinin öyrənilməsi İnstitutu (MERİCS) tərəfindən hazırlanan hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, Çin 2016-cı ilin yekununa görə xarici aktivlərin alınmasında ABŞ-ı ötüb. Çin investisiyalarının 59%-i Avropanın ən iri 3 iqtisadiyyatı - Britaniya, Fransa və Almaniyaya yatırılıb. Ən çox investisiya marağı isə Britaniyayadır. Bu ölkənin "Heatrow" hava limanının 10%-i "China Investment Corporation"a məxsusdur. "Beijing Construction Engineering Group" isə Mançesterdə "aeroport-şəhər" layihəsinin tikintisinə icazə alıb.

"Ernst & Young" konsaltinq şirkətinin məlumatına görə, Almaniyada Çin şirkətləri 2016-cı ildə 68 şirkət alıblar. Bu, 2015-ci illə müqayisədə 2 dəfə çoxdur. Onlar, sənaye robotları istehsal edən "Kuka" şirkətini 4,7 mlrd. dollara, "KraussMaffei" şirkətini isə 1 mlrd. dollara satın alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru