Dünyada ilk internet müharibəsi başladı

1-10-2017, 11:02           
Dünyada ilk internet müharibəsi başladı
Kataloniyada referendum ətrafında baş verənlər dünyanın ilk internet müharibəsidir.

Axar.az xəbər verir ki, bu barədə “Vikiliks” saytının yaradıcısı Culian Assanc danışıb.

Assancın sözlərinə görə, Kataloniyada baş verənlər Berlin divarının yıxılmasından bu yana vətəndaşlarla hakimiyyət arasında Qərbdə baş verən ən genişmiqyaslı konfliktə çevrilib. Vətəndaşlar internetdən referenduma hazırlıq prosesində fəal istifadə edir, lakin ispan kəşfiyyatı müxtəlif informasiya hücumları, telekommunikasiya şəbəkələrini dondurmaq, əlaqə kanallarını ələ keçirmək və bir çox saytlara senzura tətbiq etməklə buna mane olmağa çalışır.

Qeyd edək ki, oktyabr ayının 1-də Kataloniyada müstəqillik referendumunun keçirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru