Meksikada mer qətlə yetirilib 11-10-2017, 08:51 Meksikanın Puebla ştatındakı Uitsilan de Serdan bələdiyyə administrasiyasının rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bələdiyyə sədri Manuel Ernandes Pasyon avtomobilində güllələnərək qətlə yetirilib. Qeyd edək ki, Meksikada yaşayış məntəqəsinin rəhbərinin qətlə yetirilməsi birinci hal deyil. Facebook-da paylaş