"Chrome" dövrünün sonu? - "OpenAI" yeni nəsil intellektual brauzeri təqdim edir

11-07-2025, 09:25           
"Chrome" dövrünün sonu? -
"ChatGPT" süni intellekt sisteminin yaradıcısı olan "OpenAI" şirkəti yaxın vaxtlarda süni intellekt texnologiyalarına əsaslanan öz brauzerini təqdim edəcək.

Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, "OpenAI"nin yeni brauzeri geniş süni intellekt funksiyaları ilə təchiz ediləcək. Bu, istifadəçilərə informasiya axtarışını avtomatlaşdırmağa imkan verəcək.

Əgər məhsul uğurla istifadəyə verilərsə, "OpenAI"nin brauzeri hazırda qlobal bazarın üçdəikisindən çoxuna sahib olan "Google Chrome"un mövqelərini zəiflədə bilər və şirkət üçün əhəmiyyətli reklam gəlirləri təmin edə bilər.

Qeyd edək ki, 2025-ci ilin aprelində "OpenAI" "Google Chrome"un alınmasında maraqlı olduğunu bəyan etmişdi, lakin bu saziş baş tutmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru