Müxalifət lideri seçkiyə buraxılmayacaq: Qərar verildi
18-10-2017, 11:50
Kreml müxalifət lideri Aleksey Navalnını seçkiyə buraxmayacaq.
Cebhe.info xəbər verir ki, bunu BBC Prezident Administrasiyadakı mənbələrə istinadən yazıb.
Məlumata görə, belə qərar bir neçə ay davam edən daxili müzakirələrdən sonra verilib.
Xatırladaq ki, bu yaxınlarda Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Navalnının indiki məhkumluğuna görə ancaq 2028-ci ildə seçkiyə gedə biləcəyini demişdi: “Nə yaşı var ki? Bütün həyatı qabaqdadır".
Cebhe.info xatırladır ki, Navanlı 2018-ci il prezident seçkisinə qatılmaq niyyətini açıqlayıb. Bildirib ki, Konstitusiya ancaq cəzaçəkmə müəssisəsində olanların seçkidə namizəd kimi iştirakını qadağan edir, o isə ancaq şərti olaraq azadlıqdan məhrum edilib.