Polis 57 nəfər yəhudini həbs etdi, ortalıq qarışdı

18-10-2017, 16:46           

İsrail polisi, məcburi əsgərliyə qarşı çıxan 57 nəfər yəhudini həbs edib. teref.az Sputnik-ə istinadən xəbər verir ki, həbs edilənlər radikal ortodoks yəhudiliyin “Haredi” adlanan qanadına mənsubdurlar.

Onlar hərbi xidmətin məcburi olmasını qəbul etmirlər. Haredilər tələblərinin qarşılanması üçün dünən Qüds və Bney Brak şəhərlərində hökumət əleyhinə aksiya keçiriblər.

Polis sərt müdaxilə edib. Radikal yəhudilər zorla polis avtomobillərinə mindirilərək şöbəyə aparılıblar. Hadisə ilə bağlı polis istintaq başladıb.

Qeyd edək ki, ortodoks yəhudiliyin Haredi qanadına mənsub bu insanlar, İsrail cəmiyyətində gəlir səviyyəsi ən aşağı olan təbəqə sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru