Bərzani məğlub oldu: Başqa bir təhlükə gəlir

18-10-2017, 17:04           
Bərzani məğlub oldu: Başqa bir təhlükə gəlir
İraq ordusu ilə Haşdi Şabi qüvvələri Kərkük şəhərini peşmərgədən aldı. Ancaq indi bölgə üçün yeni bir təhlükə yaranıb.
Publika.az xəbər verir ki, Kürd Muxtariyyəti rəhbərliyi tarixi türkman bölgəsini kürd şəhəri etməyə çalışmışdı. Buna görə də ciddi bir hərbi qüvvəsi olmayan İraq ordusu Haşdi Şabi qüvvələrindən istifadə edərək şəhərə daxil oldu.

Məhz bu iki qüvvənin varlığı da türkman, ərəb və kürdlər üçün yeni bir təhdid olaraq görülür.

Haşdi Şabi və İraq ordusu tərəfindən ələ keçirilən Kərkük Məclisinə İranın dini lideri Əli Xomeyninin fotoları asılıb. Digər tərəfdən Haşdi Şabi içində yer alan qrupların hərbi sursat baxımından İrandan dəstək aldığı ortadadır.

Bölgədə İranın dəstəklədiyi bir qrupun varlığının gücləndirilməsi yeni bir təhlükə mənbəyi kimi dəyərləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru