Suriya ordusunun məşhur generalı öldürüldü - VİDEO

18-10-2017, 19:13           
Suriya ordusunun məşhur generalı öldürüldü - VİDEO
Deyr əz-Zorda İŞİD-ə qarşı əməliyyatlar zamanı minaya düşmüş general dünyasını dəyişib.

Suriyanın ordusunun tanınmış generalı İssam Zəhrəddin Deyr əz-Zor əyalətində İŞİD-ə qarşı əməliyyatlar zamanı həlak olub.

İslamazeri.com "AlmasdarNews"-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbə bildirib.

Məlumata görə, generalın olduğu hərbi avtomobil Səqr adasında İŞİD-in yerləşdirdiyi minaya düşüb. Bildirək ki, general mayor İssam Zəhrəddin Suriya Silahlı Qüvvələrinin Respublika Qvardiyasının 104-cü hərbi hava briqadasının komandiri olub. O, mühasirə vəziyyətində, həmçinin hücum əməliyyatlarında İŞİD-ə qarşı rəşadətlə vuruşub.

56 yaşlı general Zəhrəddin Suriyanın Tərba rayonunun Suveyda kəndində anadan olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru