Ukraynanın Xarkov şəhərində avtomobil insanların üzərinə sürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb. Sumskaya küçəsində qeydə alınan hadisə nəticəsində daha 6 nəfər yaralanıb. Hazırda hadisənin səbəbləri araşdırılır.