Rusiyada 5,0 bal gücündə zəlzələ baş verib 19-10-2017, 09:39 Rusiyanın Buryatiya Muxtar Respublikası ərazisində 5,0 bal gücündə zəlzələ baş verib. APA-nın “Vostok-Teleinform” agentliyinə istinadən verdiyi xəbərə görə, yaşayış məntəqələrində yeraltı təkanların gücü 4,0 baladək olub. Zəlzələ həmçinin İrkutsk vilayətində də hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş