ABŞ-da biznes-mərkəzində atəş açan şəxs saxlanılıb - YENİLƏNİB
19-10-2017, 09:42
ABŞ-da biznes-mərkəzində atəş açan şəxs saxlanılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Merilend ştatında baş verən silahlı insident nəticəsində 3 nəfər, 2 nəfər yaralanıb.
Cinayəti törədərək hadisəni yerindən qaçan Redi Prins adlı şəxs daha sonra Delaver ştatında odlu silahdan atəş aşaraq bir nəfəri yaralayıb.
İlkin məlumata əsasən, R.Prins Merilend ştatının Harford dairəsində yerləşən biznes-mərkəzin əməkdaşıdır. Onun güllələdiyi şəxslər isə həmkarlarıdır. Hazırda cinayətin motivləri araşdırılır.
***
20:09
ABŞ-ın Merilend ştatında biznes-mərkəzində silahlı insident baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Harford dairəsində qeydə alınan atışma nəticəsində 3 nəfər ölüb, daha 2-si yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
İlkin məlumata əsasən, atəş açan şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.