ABŞ-da silahlı hücum: ölən və yaralananlar var

19-10-2017, 11:16           

ABŞ-ın Merilend ştatında silahlı hücum təşkil edən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, ştatın Harford dairəsdə polis əməkdaşları Emmorton biznes-parkında insanlara atəş açan şəxsi saxlayıblar. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Polisin verdiyi məlumata görə, cinayəti törətmiş Redi Prins adlı şəxs daha sonra Delaver ştatında odlu silahla 1 nəfəri ağır yaralayıb. Onun Emmorton biznes-parkının əməkdaşı olduğu deyilir. Güllələdiyi şəxslər isə həmkarları olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru