Erməni əsilli argentinalı işadamı Ermənistanın partiya sədrini 1800 dollara görə məhkəməyə verib

19-10-2017, 22:15           
Erməni əsilli argentinalı işadamı Ermənistanın partiya sədrini 1800 dollara görə məhkəməyə verib
Argentinanın erməni əsilli işadamı Eduardo Ernekyan Ermənistanın “Erməni Dirçəlişi” Partiyasının sədri Artur Baqdasaryanı məhkəməyə verib.
“Report” xəbər verir ki, E.Ernekyan Ermənistanın “Haypost” Milli Poçt Xidmətinin sahibidir.
Erməni əsilli işadamı A.Baqdasaryandan 1800 dollar məbləğində borcunu ödəməyi tələb edir. Məhkəmənin qərarına əsasən, partiya sədri borcunu ödəməlidir.
Məlumata görə, 84 yaşlı E.Ernekyana Ermənistanın "Milli Qəhrəmanı” adı verilib.
Qeyd edək ki, “Erməni Dirçəlişi” Partiyası 1998-ci ildə təsis edilib. Ölkə parlamentində təmsil olunub. Sonuncu parlament seçkilərində isə 4 faizə yaxın səs toplayıb və seçki həddini aşa bilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.