İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir

19-10-2017, 23:06           
İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir
İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb. Məlumata əsasən, Konstitusiyanın Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutan 155-ci maddəsinin tətbiqinə başlanacaq.

Rəsmi Madrid Kataloniyanın müstəqilliyindən imtina edilməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon isə rəsmi Madridin onlarla dialoqa başlamayacağı təqdirdə Muxtar Respublikanın parlamentində müstəqilliq məsələsini səsverməyə çıxaracaqlarını bəyan edib.

Qeyd edək ki, K. Puçdemon bu il oktyabrın 1-də keçirilən mübahisəli referendumdan sonra Kataloniyanın müstəqilliyinin elan olunacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru