Moskvada 100 nəfəri öldürən erməninin atası da saxlandı: O DA XEYLİ İNSANI ZƏHƏRLƏYİB

20-10-2017, 00:07           
Moskvada 100 nəfəri öldürən erməninin atası da saxlandı: O DA XEYLİ İNSANI ZƏHƏRLƏYİB
Moskvada 100 nəfəri zəhərləyib öldürmə ittihamı ilə oktyabrın 18-də həbs olunan erməni əsilli Vaaqn Karapetyanın atası, hələlik adı açıqlanmayan 53 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu şəxsin də sərnişini olan qadınları məhz xüsusi kimyəvi maye içirməklə öldürdüyü məlum olub.

Onun bu əməlinin üstü isə sərnişinlərdən birinin polisə müraciətindən sonra açılıb. Sərnişin bildirib ki, taksiyə mindikdən sonra sürücü ona su içməyi təklif edib, bundan sonra isə huşunu itirib. Özünə gələndə yolun kənarında olduğunu görən sərnişin üzərindəki mobil telefon və 35 min rublun yoxa çıxdığını aşkarlayıb.

Qeyd edək ki, saxlanılan şəxsin evində axtarış zamanı 20 ədəd mobil telefon, 98 ədəd qol saatı, habelə 190 ədəd psixotrop tərkibli dərman preparatı müsadirə edilib.
[media=https://www.youtube.com/watch?v=Hz9nBTefUCw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru