Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər

20-10-2017, 08:39           
Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər
Avropa Birliyi ölkələrinin liderləri 2015-ci ildə İranla bağlanmış nüvə razılaşmasına tam sadiq olduqlarını təsdiq ediblər.
"Report" xəbər verir ki, bu haqda "Reuters" bildirir.
Beləliklə, qeyd edilir ki, onlar ABŞ prezidenti Donald Trampın aktiv tənqid etdiyi sazişin ləğv edilmədiyinə ümid edirlər.
"Nüvə razılaşmasının tamamilə icrasına tam sadiq qalırıq. Biz buna Avropa Birliyi və region üçün əsas təhlükəsizlik məsələsi kimi baxırıq", - deyə Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib.
Daha əvvəl Tramp İranla nüvə sazişinin tam ləğvini real imkan adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru