Rusiya prezidenti Ukraynadakı böhranın yaranmasında Avropanı günahlandırıb

20-10-2017, 08:44           
Rusiya prezidenti Ukraynadakı böhranın yaranmasında Avropanı günahlandırıb
Ukraynadakı vəziyyətə görə Avropa günahkardır. Çünki Avropa bu ölkədə hakimiyyətin Konstitusiyaya zidd olaraq ələ keçirilməsini dəstəkləyib. APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Siz dediniz ki, avropalıların fikrincə, top Rusiya tərəfdədir. Ancaq bizim fikrimizcə, top məhz Avropa tərəfdədir, çünki məhz Avropa Komissiyasının o zamani tərkibinin qeyri-konstruktiv mövqeyi sayəsində vəziyyət dövlət çevrilişi ilə nəticələndi”, - deyə V.Putin qeyd edib.

O qeyd edib ki, problem Aİ ilə assosiativ sazişin imzalanmasında idi, çünki məhz ondan sonra ABŞ və Avropa tərəfindən tam dəstəklənən iğtişaşlar başlandı.

“Ukraynada yaranmış bugünkü vəziyyət hakimiyyətin Konstitusiyaya zidd şəkildə ələ keçirilməsinin nəticəsidir. Avropa bunda günahkardır, çünki həmin terroru dəstəklədi”, - deyə Putin qeyd edib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.