Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə

20-10-2017, 12:58           
 Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə
Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə
Ermənistanın Müdafizə Nazirliyində daha bir fırıldaqçılığın üstü açılıb.

AzVision.az “Jogovurd” qəzetinə istinadən xəbər evrir ki, “N” saylı xüsusi təyinatlı dəstənin bölük komandirinin müavini, kiçik çavuş Arsen Tadevosyan saxta diplomla işə düzəlib.

Belə ki, Arsen Tadevosyan işə qəbul olmaq üçün 2016-cı ilin noyabr ayında Gümrü Dövlət Memarlıq universitetinin saxta diplomunun sürətini təqdim edib. Lakin ona qarşı açılan cinayət işinin araşdırılması zamanı diplomun saxta olduğu üzə çıxıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistanda pulla diplom satan bir neçə vəzifəli şəxs həbs edilmişdi. Onların arasında universitet rektoru da var idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.