Putin və Ərdoğan arasında telefon danışığı olub

21-10-2017, 08:55           
Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir. Prezidentlər söhbət zamanı Suriya ətrafında vəziyyəti müzakirə ediblər.

Bildirilir ki, dövlət başçıları oktyabrın sonunda Qazaxıstan paytaxtında Suriya üzrə növbəti, yeddinci beynəlxalq görüşün perspektivlərini müzakirə ediblər. “Suriyada vəziyyətin nizamlanması üçün səylərin əlaqələndirilməsinə dair praktiki məsələlərə toxunulub. Prezidentlər Astana prosesi çərçivəsində birgə görülən işləri müsbət qiymətləndiriblər”, məlumatda qeyd olunub.

Tərəflər həmçinin Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər. "Sentyabrın 28-də Ankarada keçirilmiş görüşdə əldə edilən razılaşmalar uğurla həyata keçirilir, o cümlədən iqtisadi-ticarət sahəsində", məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru