Əfqanıstanda terror qurbanlarının sayı 72-yə çatıb- YENİLƏNİB-2

21-10-2017, 08:59           
Əfqanıstanda terror qurbanlarının sayı 72-yə çatıb- YENİLƏNİB-2
Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Kabildə və Qor əyalətində partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

***

01:48

Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 69-a çatıb, 100-dən çox insan yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.

Partlayışları terrorçu-kamikadzelər törədib. Kabildəki İmam Zaman məscidində qadın və uşaqlar daxil olmaqla 39 nəfər həyatını itirib. Qor əyalətində isə 30 nəfər terror qurbanı olub.

***

21:33

Əfqanıstanda məscidlərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 59-a çatıb, 55 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili işlər nazirliyindən bildirilib.

Bu gün Əfqanıstanın paytaxtı Kabildə, imam Zaman məscidində və Qur əyalətində yerləşən məsciddə partlayışlar törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

***

20:26

Əfqanıstanın paytaxtı Kabildə məsciddə partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30 nəfər ölüb, 20-dən çoxu yaralanıb. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir

Kabilin qərb bölgəsində yerləşən imam Zaman məscidində partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məlumata görə, daha bir partlayış Əfqanıstanın Qur əyalətində törədilib. Burada terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 20-dək insan yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.