Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərə start verilib

21-10-2017, 09:50           
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərə start verilib
Bakı vaxtı ilə 08:00-da Gürcüstanda yerli özünüidarəetmə orqanlarına səsvermə üçün seçki məntəqələri açılıb.
“Report” xəbər verir ki, qonşu ölkədə keçirilən seçkilərdə 64 şəhər və rayon meri, bələdiyyə qanunvericilik orqanlarına 64 deputat seçiləcək.
Bütün ölkə ərazisi üzrə 3,3 mindən çox seçki məntəqəsi açılıb.
Seçkilərdə 22 partiya, 5 seçki bloku və bir təşəbbüs qrupunun nümayəndələri iştirak edir. Namizədlər arasında etnik azərbaycanlılar da var.
Eyni zamanda Tbilisi şəhərinin meri postuna 13 namizəd, o cümlədən sabiq energetika naziri Kaxa Kaladze iddia edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.