Rusiyada erməni ermənini güllələdi: VİDEO

21-10-2017, 14:33           

Rusiyanın Armavir şəhərində kriminal çəkişmə baş verib.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, iştirakçılar erməni icmasının nümayəndələri olublar.

Məlumata görə, insident oktyabrın 19-da axşam Armavirdəki Buz sarayının yaxınlığında qeydə alınıb.

42 və 43 yaşlı iki kişi gözlənilmədən gənclərə tərəf atəş açıblar. Bundan sonra onlar ağ rəngli Hyundai Solarisə oturaraq hadisə yerindən uzaqlaşıblar.

Qeyri-rəsmi versiyalardan birinə görə, atəş açanlar müflis olan yerli biznesmenlərdir, öz problemlərini bu yolla həll etməyə cəhd göstəriblər.

İstintaqın versiyasına görə, oktyabrın 19-da şübhəlilər işləməyən kafeyə gələrək silahdan ən azı oradakı 3 kişiyə 5 dəfə atəş açdıqdan sonra aradan çıxıblar.

Nəticədə 27 yaşlı Misak başından aldığı güllə yarasından hadisə yerində, 28 yaşlı Ruslan xəstəxanada ölüb.

38 yaşlı üçüncü yaralı Ruslan əməliyyat olunub, hazırda həyatı üçün təhlükə olmadığı bildirilir.

Şəhərdə axtarış elan olunub. 42 yaşlı Sergey Yelizaryants və 43 yaşlı Esayan Qaqik axtarılır. Cinayətkarlar silahlıdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.