Putinin baş yerinə kəllə qutusu olduğu dediyi eks-xarici işlər nazirindən sərt cavab gəldi

21-10-2017, 20:31           
Putinin baş yerinə kəllə qutusu olduğu dediyi eks-xarici işlər nazirindən sərt cavab gəldi
Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev dövlət başçısı Vladimir Putinin “onun başı yoxdur, yalnız kəllə qutusu var” sözlərini şərh edib.
“Yeniavaz.com”un “Dojd” telekanalına istinadən verdiyi məlumata görə, A. Kozırev cavabında deyib ki, Rusiyanın milli maraqları digər demokratiyalarda olduğu kimi prinsipcə ümumibəşəri maraqlara uyğun gəlir. O bildirib: “Biz MDB-ni qururduq, qardaş Ukrayna ilə müharibə etmirdik, Avropa və Amerikanın daha inkişaf etmiş ölkələri ilə dostluq edirdik, sanksiyalar altında deyildik. Rusiyalılar Suriyada diktatorun tərəfində vuruşaraq həlak olmurdular. Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deyim. Və sənin başın varmı. Rusiyanın maraqları liderlərinin kəllə qutusu geriyə, DTK-yə (Dövlət Təhlükəsizlik Komitəsi) çevrilən rejimin maraqları ilə ziddiyət təşkil edir”.
Xatırladaq ki, A. Kozırev 1990-1996-cı illərdə Rusiyanın xarici işlər naziri vəzifəsində çalışıb. Hazırda o, ailəsi ilə birlikdə ABŞ-da yaşayır. Qeyd edək ki, daha əvvəl “Valday” klubunun iclasında Tallin Universitetinin professoru Reyn Müllerson A. Kozırevin ABŞ-ın keçmiş Prezidenti Riçard Niksonla görüşü barədə danışıb. Həmin görüşdə A. Kozırev deyib ki, Rusiyanın milli maraqları yoxdur, yalnız ümumbəşəri maraqları var. R. Nikson isəbuna cavab olaraq başını silkələyib. Bununla əlaqədar V. Putin zarafatla bildirib ki, bu ondan xəbər verir ki, R. Niksonin başı , A. Kozırevin isə yalnız kəllə qutusu var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.