Belarusun paytaxtı Minskdə hökumətə qarşı etiraz aksiyası keçirilir. Axar.az xəbər verir ki, aksiya Belarus Milli Konqresi tərəfindən təşkil edilib. Aksiyanın keçirilməsinə səbəb qiymət artımı və ordudakı özbaşınalıq olub. Yeni keçirilən aksiyaya “Qəzəblənən belarusların marşı 2.0” adı verilib.