Poroşenko: “Stalin 1 gündə 76 min insanı...”

21-10-2017, 22:24           

Ukrayna Prezidenti Pyotr Poroşenko ukraynalıları 70 il əvvəl zorla Sibirə sürgün edilən qərb bölgələrinin sakinlərini xatırlamağa çağırıb.

Poroşenko bu barədə öz Feysbuk səhifəsində yazıb.

"Bu gün Qərbi Ukrayna əhalisinin Sibir və keçmiş SSRİ-nin şimal bölgələrinə Qərb əməliyyatı altında kütləvi şəkildə deportasıya olunmasının 70 illiyidir. Ukraynanın azadlıq hərəkatını zəiflətməkdən ötrü 1 gündə 76 mindən çox insan ölkədən zorla çıxarıldı. İkinci Dünya Müharibəsinin sona çatmasından sonra belə Stalinin cəzalandırıcı qüvvələri xalqımızı repressiya və deportasiya ilə təhdid etməyə davam edib. Amma azad ruhumuzu məhv etməyə müvəffəq olmayıblar", - prezident bildirib.(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru