“ABŞ, İraqın şimalında baş verən qarşıdurmalardan narahatdır”
21-10-2017, 22:38

ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert İraqın şimalında baş verən hadisələrlə bağlı açıqlama verib.
Xalq.info Metbuat.az-a istinadən xeber verirki məlumatına görə, Hezer açıqlamasında deyib: “ABŞ, İraqın şimalında, Altın körpü qəsəbəsinin yaxınlığında yaranan qarşıdurmadan narahatdır”.
Nauert İraq mərkəzi hökumətini federal qüvvələrin mübahisəli sahələrdə hərəkətlərini məhdudlaşdırmağa çağırıb. Baş nazir Heydər əl-İbadinin federal qüvvələrin İraq vətəndaşlarını qoruması və qarşıdurmaların provakasiyaya çevrilməməsi ilə bağlı təlimatından məmnun olduqlarını bildirən Nauert qeyd edib ki, ölkədəki mübahisəli bölgələrdə yaşanan problemlər konstitusiyada həll olunana qədər, bu ərazilər “mübahisəli” qalacaq: “Tərəflər razılığa gəlməlidir. Problemlər İraq Baş naziri İbadinin təklif etdiyi və İraq Kürd Regional Rəhbərliyinin açıq şəkildə qəbul etdiyi konstitusiya zəminində dialoq içində həll olunmalıdır”.
Nauert bildirib ki, ABŞ İraqın birgə, sabit, demokratik ve federal bir ölkə kimi qalması üçün Şimali İraq Kürd Muxtariyyəti ölkənin bölünməz parçası kimi qalmalıdır.
Qeyd edək ki, Kürd Muxtariyyətinin iddiasına görə, Kərkük-Ərbil yolunda Peşmərgə və İraq təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada ən azı iki tank və hərbi maşın məhv edilib.