Madrid Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürüb

22-10-2017, 11:24           
Madrid Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürüb
Rəsmi Madrid Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən Konstitusiyanın 155-ci maddəsinin tətbiq edilməsi ilə əlaqədar Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İspaniya hökumətinin qərarına əsasən, mərkəzi hakimiyyət Kataloniya polisinə məcburi xarakterli birbaşa göstərişlər verə bilər: “Lazım gəldikdə Kataloniya polisinin üzvləri İspaniya təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə əvəzlənəcək”.

Madrid həmçinin telekomunikasiya, elektron xidmətlər və informasiya texnologiyaları sahəsindəki funksiyaları Kataloniya muxtariyyətinin üzərindən götürəcək.

Hökumət sənəddə əks olunan tədbirlərin icrası barədə iki aydan bir Senata təqdim edəcək.

Qərar Senat tərəfindən təsdiq olunmalıdır. İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru