Sloveniya prezidenti ikinci turda müəyyənləşəcək - YENİLƏNİB

23-10-2017, 08:23           
Sloveniya prezidenti ikinci turda müəyyənləşəcək - YENİLƏNİB
Sloveniyada keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyən edilməyib.

APA-nın məlumatına görə, bu barədə “Slovenska Tiskovna” agentliyi xəbər verib.

Səslərin 95 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı Borut Paxar 47,3%, onun əsas rəqibi Maryan Şarets 24,8% səs toplayıb.

Ekzit-pollar dövlət başçısının böyük üstünlüklə qələbə qazandığını göstərsə də, B.Paxar 50%-lıq həddi keçə bilməyib. Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Seçkilərin ikinci turu noyabrın 12-də keçiriləcək.

***

21:54

Sloveniyanın hazırkı dövlət başçısı Borut Paxar ölkədə keçirilən növbəti prezident seçkilərində qalib gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, 53 yaşlı B.Paxor 56,2% səs toplayıb. Onun ən yaxın izləyicisi Kamnik şəhərinin meri Maryan Şarets 22,5% səs toplayıb.

Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Seçkilərdə 9 namizəd iştirak edib. Sloveniyada prezident 5 il müddətinə seçilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru