Barak Obamanın sevgi məktubları üzə çıxdı

23-10-2017, 08:42           
Barak Obamanın sevgi məktubları üzə çıxdı
Amerikanın eks prezidenti Barak Obamanın universitet illərində uzaq məsafə münasibəti yaşadığı sevgilisinə yazdığı məktublar Amerikadakı bir universitet kitabxanası tərəfindən paylaşılıb. 1982-1984-cü illərdə yazmış olduğu məktublarda 20-25 yaşlarında olan gənc Obamanın gələcəklə bağlı narahatlıqları diqqət çəkir.


Obamanın kollecdə tələbə ikən Kaliforniaya tanış olduğu Aleksanda McNeara yazdığı 9 məktub 2014-cü ildə Emory Universitetinin kitabxanasına bağışlanıb. Kitabxana müdiri Rosemary Magee “çox xoş bir kompazisiyaya sahib məktublar gənc bir adamın məna və şəxsiyyət arayışını insanların gözləri qabağına sərir. Tələbələrimizin, ümumən bütün tələbələrin hiss etdiyi arzuları, narahatlıqları daşıyır” deyib.

Ancaq Obama və McNearın uzaq məsafəli münasibətləri çox uzun çəkməyib. Obama 1983-cü ildəki bir məktubunda “Səni çox tez-tez düşünürəm, amma hisslərim qarışıqdır” yazır: ““Görünən budur ki, ikimiz də hər zaman əldə edə bilməyəcəyimiz şeyləri istəyəcəyik. Bizi bağlayan da, ayıran da budur”.

Son məktub isə Barak Obamanın həyat yoldaşı Mişellə münasibətə başlamasından 5 il öncə yazılıb. İlk məktublardan birində Obama “Səndən ötrü darıxdığımı bildiyinə inanıram. Sənə olan diqqətim göy üzü qədər geniş, sənə olan etibarım dəniz qədər dərin, sevgim zəngin və çox böyükdür”. Məktub “Sevgiylə, Barak” imzası ilə tamamlanır.



Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.