Səudiyyədə qeyri-adi daş obyektlər - Foto

23-10-2017, 08:50           

Səudiyyə Ərəbistanı səhrasında alimlər tərəfindən yüzlərlə iri daş portallar tapılıb.

Axar.az “Nyusvik” jurnalına istinadən xəbər verir ki, sözügedən naməlum obyektlər açıq səhrada və Xarat-Heybər dağında aşkarlanıb.

400-ə yaxın düzbucaqlı formasında olan belə obyektlərin heç bir elmi izahı yoxdur.

Belə ki, ən kiçik daş portalın uzunluğu 13, ən böyüyü isə 518 metr təşkil edir.

Qeyd edək ki, Oksford Universitetinin alimi Devid Kennedi bu daş formaların yaşının bir neçə min ilə malik ola biləcəyini istisna etmir.

Alim bildirib ki, köçəri bədəvilər belə daş formalarını “Antik insanın yaradılışı” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru