Rusiya gəmiləri Latviya sərhədində - Latviya xəbər verir

23-10-2017, 09:28           
Rusiya gəmiləri Latviya sərhədində - Latviya xəbər verir
Latviya tərəfi öz sərhədində Rusiyanın bir sualtı qayığının və hərbi gəmisinin qeydə alındığı barədə xəbər yayıb.
Milli silahlı qüvvələrin məlumatına görə, hər iki gəmi Latviya sərhədinin 15 dəniz mili məsafəsində, ölkənin istisnasız iqtisadi zonasındakı ərazi sularında qeydə alınıb.
Müdafiə nazirliyində əlavə ediblər ki, ötən il Rusiyanın hərbi təyyarələri və gəmiləri respublikanın sərhədlərinə 200 dəfədən artıq yaxınlaşıblar.
Rusiya tərəfi isə israr edir ki, onun gəmilərinin bütün hərəkəti beynəlxalq normalara ciddi şəkildə əməl olunmaqla həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru