Küçəyə zibil atan müəllimə işdən qovuldu - İbrətamiz (FOTO/VİDEO)

23-10-2017, 10:07           
Küçəyə zibil atan müəllimə işdən qovuldu - İbrətamiz (FOTO/VİDEO)
İctimai fəallar pedaqoqun(?) atdığı zibilləri elə işlədiyi məktəbdə özünə qaytarıblar…

Məktəb rəhbərliyi küçəyə zibil atmış müəlliməni işdən azad etdi. Moderator.az “Vesti.ru” nəşrinə istinadla yazır ki, ibrətamiz olay Moskva yaxınlığındakı Puşkin şəhərində baş verib.

Bu haqda “Rossiya-24” kanalı xüsusi olaraq xəbər verib. Avtomobillə işə gedən müəllimə lazımsız karton qutu və şarları yolun kənarına atıb(yəqin Müəllim günündən yığışıb qalıb-S.L.). Təsadüfən həmin yerdən keçənlər müəllimənin bu hərəkətini mobil telefona çəkib. Bağlamaların arasından poçt qəbzi də tapan ictimai fəallar çətinlik çəkmədən onların sahibini birbaşa iş yerində - paytaxt məktəblərindən birində yaxalayıblar. Qadının da kifayət qədər aqressiv müdafiə qrupu meydana çıxıb. Hətta müqavimət göstərməyə, fəalları hədələməyə başlayıblar. Lakin hər şeyə rəğmən zibil yiyəsinə qaytarılıb. Fəalların verdiyi məlumata görə, biabırçı olaydan sonra məktəb rəhbərliyi küçəyə zibil atmış müəlliməni işdən qovub.



[media=https://www.youtube.com/watch?v=hRmlfHSQH2s]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.