İndoneziya Baş Qərargah rəisi ABŞ-a buraxılmadı

23-10-2017, 17:10           
İndoneziya Baş Qərargah rəisi ABŞ-a buraxılmadı
İndoneziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qatoru Nurmantionun ABŞ-a girişinə izn verilməyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası yayıb. Televiziya Nurmantionun ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Danford tərəfindən Vaşinqtona dəvət edilməsinə baxmayaraq, ölkəyə buraxılmadığını bildirib. Belə ki, Nurmantionun uçuşuna bir neçə saat qalmış ABŞ-ın Gömrük Xidməti Cakartaya məktub göndərərək, onun ölkəyə buraxılmayacağını vurğulayıb.

İndoneziya Xarici İşlər Nazirliyi artıq məsələ ilə bağlı Vaşinqtondan izahat tələb edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.