Rusiya Qvardiyasının əməkdaşı dörd xidmət yoldaşını güllələyib
24-10-2017, 00:24
Çeçenistanda Rusiya Qvardiyasının əməkdaşı dörd xidmət yoldaşını güllələyərək öldürüb.
TASS -ın məlumatına görə, insident Şelkovskaya kəndində yerləşən hərbi hissədə qeydə alınıb.
Baş leytenant atəş açaraq Qvardiyanın dörd hərbi qulluqçusunu ölümcül yaralayıb, özü isə hadisə yerinə gələn növbətçi bölmə tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.