Krımda yeni kəşf — Üçüncü Reyxin qızılla dolu gəmisi tapıldı

24-10-2017, 00:35           

Krımda tədqiqatçılar yeni kəşfə imza atıblar.
"Ölkə.Az" xəbər verir ki, axtarış nəticəsində batırılmış "Boy Feddersen" paroxodu tapılıb. Gəmi qır-qızıl və daş-qaşla yüklüdür.
Batmış gəmi "Rus sualtı tədqiqat ekspedisiyası" layihəsinin əməkdaşları tərəfindən Yevpatoriya tərəfdə tapılıb.
Layihənin rəhbəri Roman Dunayev bildirir ki, sözügedən gəmi 1943-cü ildə batırılıb. "Boy Feddersen" paroxodunda hitlerçilər tərəfindən qarət edilmiş sərvət olub. Ehtimal edilir ki, dəfinə hələ də gəmidədir.
Gəmi Sevastopoldan Konstansaya yola düşəndə batıb. Gəmini sovet bombardmançıları batırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru