Baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub
24-10-2017, 00:39
Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub. Bu barədə “Life” xəbər verib.
İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.